Azərbaycanın bu il iyulun 1-nə xarici dövlət borcu 6.576,9 milyon ABŞ dolları və ya 2023-cü il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 10,0 faizini təşkil edib.
Bizim.Media bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Mənbə qeyd edir ki, cari ilin ötən dövrü ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, 2023-cü ilin 01 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 116,3 milyon ABŞ dolları və ya 1,7 faiz azalıb.
01 iyul 2023-cü il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 88,0 faiz, avro – 5,2 faiz, yapon yeni – 2,8 faiz, digər valyutalar – 0,6 faiz.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 42,4 faizini, sabit dərəcə ilə olanlar isə 57,6 faizini təşkil edib.
Xarici dövlət borcunun 49,4 faizi 5 ilə qədər olan müddətdə, 42,6 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 8,0 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:51 / 14.08.2023
Azərbaycanın xarici dövlət borcu 6 576,9 milyon ABŞ dollarıdır - DETALLAR
Hazırda oxunan: Azərbaycanın xarici dövlət borcu 6 576,9 milyon ABŞ dollarıdır - DETALLAR
Hazırda oxunan: Azərbaycanın xarici dövlət borcu 6 576,9 milyon ABŞ dollarıdır - DETALLAR
150793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.