Manat 2026-ci ilə qədər UCUZLAŞMAYACAQ?

Manat 2026-ci ilə qədər UCUZLAŞMAYACAQ?

Hazırda oxunan: Manat 2026-ci ilə qədər UCUZLAŞMAYACAQ?

150763

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu açıqlayıb.

ING-nin proqnozuna görə, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonuna kimi uçot faiz dərəcəsini 9.0%-dən 8.5%-dək azaldacaq.

ING hesab edir ki, AMB pul siyasətini 2024-2025-ci illərdə daha da yumşaldacaq. Korporasiyanın proqnozuna görə, 2024-cü ildə Mərkəzi Bank uçot dərəcəsini 8.25%-ə, 2025-ci ildə isə 7.25%-dək azaldacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın xarici dövlət borcu 6 576,9 milyon ABŞ dollarıdır - DETALLAR


Korporasiyanın digər proqnozuna görə isə Azərbaycan manatının məzənnəsi 2026-cı ilə kimi sabit qalacaq. Belə ki, manatın 2023, 2024 və 2025-ci illər üzrə ABŞ dolları qarşısında məzənnəsini üzrə proqnozunu 1.70 AZN müəyyən edib.

İqtsadçı-ekspert Natiq Cəfərli Bizim.Media saytına açıqlamasında, Azərbaycan Mərkəzi Bankının dünyanın mərkəzi bankları ilə paralel siyasət yürütdüyünü diqqətə çatdırdı.

Onun sözlərinə görə, son illərin faiz artımlarını və ya azalmalarını diqqət yetirilsə, ciddi korrelyasiya yaradıldığını görmək olar:

“Məsələn, ABŞ-ın Federal Ehtiyatlar Sistemi Təşkilatının (FED) və ya Avropa Mərkəzi Bankının atdığı addımlara paralel olaraq, AMB da eyni addımlar atır. Proqnozlara görə, 2023-cü ilin sonu, 2024-cü ilin əvvəllərindən etibarən, həm dünyanın bir neçə ölkəsinin, həm də ABŞ-ın Mərkəzi Bankları faiz endirilmələri həyata keçirəcəklər. Çox güman ki, ING korporasiyası da buna uyğun olaraq belə proqnozlar verir. Belə ki, əgər Avropada və Amerikada faiz endirimləri başlayarsa, Azərbaycan Mərkəzi Bankı da faizləri aşağı salacaq”.

Mərkəzi Bankın faizləri inflyasiyaya çox az təsir edir: 

Ekspert bildirib: “Azərbaycan iqtisadiyyatı buna hazır deyil. Ancaq faiz dərəcələri artıqca, bankların kredit faizləri də artır. Ümid edirəm ki, faizlər azaldıqca, kredit faizləri də də aşağı düşəcək”. 

İNG-nin Azərbaycan manatının məzənnəsi ilə bağlı verdiyi proqnoza gəlincə N.Cəfərli, bunun inzibati qaydada tənzimləndiyini qeyd edib: 

“Bu, artıq hökumət tərəfindən də etiraf olunur. AMB-nın son açıqlamalarından belə aydın olur ki, 2025-ci ilə qədər bu siyasət davam edəcək. Əgər belə olarsa və qurumun maliyyə resursları buna imkan verirsə, deməli, qeyd edilən dövrə qədər milli valyutanın məzənnəsini 1.70 manat səviyyəsində saxlayacaqlar. Ancaq ondan sonrakı illərdə üzən məzənnəsinə keçidlə bağlı qərar verilərsə, o zaman məzənnə dəyişikliklərini görə bilərik”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO