Prezident sahibkarlıqla bağlı qanunda dəyişikliyi təsdiqlədi

Prezident sahibkarlıqla bağlı qanunda dəyişikliyi təsdiqlədi

Hazırda oxunan: Prezident sahibkarlıqla bağlı qanunda dəyişikliyi təsdiqlədi

15074

Azərbaycan Prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişikliyi təsdiqləyib.

Bizim.Media xəbər verir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılıb.

 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşlarını təltif etdi


Qanuna aşağıdakı məzmunda 2.1-1-ci maddə əlavə olunub:

“2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.”.

Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO