Qarabağ Dirçəliş Fondu kadr axtarışında - RƏSMİ

Qarabağ Dirçəliş Fondu kadr axtarışında - RƏSMİ

Hazırda oxunan: Qarabağ Dirçəliş Fondu kadr axtarışında - RƏSMİ

14984

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev arasında görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, görüşdə tərəflər iki qurum arasında əməkdaşlıq imkanları müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Baş nazir Böyük Qayıdışdan danışdı - Planda nələr var?


Əsas müzakirə mövzusu “Yüksəliş” müsabiqəsinin iştirakçılarının məlumat bazasının Qarabağ Dirçəliş Fondu üçün potensial əməkdaşlar axtarışında istifadə edilməsi olub.

Görüş zamanı Rəhman Hacıyev Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondu qarşısında qoyduğu məqsəd və vəzifələrdən danışıb, habelə iki qurum arasında mümkün əməkdaşlıq mövzusuna toxunub:

“Cənab Prezident dəfələrlə qeyd edib ki, ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri insan kapitalının inkişaf etdirilməsidir. “Yüksəliş” müsabiqəsi məhz bu məqsədə xidmət edir. Ona görə də biz əməkdaşlıq etməkdə maraqlıyıq.

Məsələn, yaxın vaxtlarda Fond komandamıza üzv olacaq namizədlərin axtarışı prosesinə başlayacaq. Yüksəkixtisaslı kadrların işə cəlb edilməsində həqiqətən maraqlı olduğumuz üçün “Yüksəliş” müsabiqəsinin mövcud məlumat bazasını və təcrübəsini öyrənmək istərdik”.

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev isə milli kadr ehtiyatının zənginləşdirilməsi və formalaşdırılması üçün mühüm vasitə olan “Yüksəliş” müsabiqəsinin məqsəd və vəzifələri, eləcə də gələcək planları barədə danışıb.

O, həmçinin müsabiqədə ümumilikdə 10 minə yaxın insanın iştirak etdiyini diqqətə çatdırıb: 

“Bu yaxınlarda müsabiqədə əyani mərhələ başa çatıb və bu mərhələnin yekunlarına əsasən 309 iştirakçı yarımfinala vəsiqə qazanıb. Biz müsabiqə iştirakçıları arasında olduqca yüksək rəqabətin şahidi oluruq: onların çoxu peşə keyfiyyətlərinə, dərin biliklərə, zəngin təcrübəyə və böyük idarəetmə potensialına malikdir. 

Müsabiqə iştirakçıları Azərbaycanın “qızıl” kadr ehtiyatını təşkil edirlər. Bunu nəzərə alaraq, təkcə yarımfinalçıların deyil, əyani mərhələnin bütün iştirakçılarının, yəni 700-dən çox insanın namizəd kimi nəzərdən keçirilməsini təklif edirik”

Rəhman Hacıyevin sözlərinə görə, potensial əməkdaş axtarışı yalnız “Yüksəliş” müsabiqəsinin təklif etdiyi anketlərlə məhdudlaşmayacaq.

O bildirib ki, istənilən perspektivli işaxtaran şəxs öz CV-sini [email protected] elektron poçt ünvanına göndərməklə Fonda müraciət edə bilər. CV-lərə baxılacaq və uyğun olanlar diqqətə alınacaq.

Fond Azərbaycan qanunvericiliyinə və öz daxili prosedurlarına uyğun qaydada təşkilati məsələləri həll etdikdən sonra müvafiq işaxtaranlar müsahibəyə dəvət ediləcək və işçi heyətinin tam formalaşdırılması prosesinə başlanılacaq.

Hazırda məlumatlar toplanır. 

Görüş zamanı Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə yüksək intellekt səviyyəsinə və idarəetmə qabiliyyətinə malik olan perspektivli liderlərin üzə çıxarılması və dəstəklənməsi, ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin mühüm rolu və əhəmiyyəti də qeyd olunub.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO