Azərbaycanlı iş adamlarının şirkəti 1980-ci il Olimpiadası üçün tikilmiş kompleksi bərpa edir

Azərbaycanlı iş adamlarının şirkəti 1980-ci il Olimpiadası üçün tikilmiş kompleksi bərpa edir

Hazırda oxunan: Azərbaycanlı iş adamlarının şirkəti 1980-ci il Olimpiadası üçün tikilmiş kompleksi bərpa edir

149516

Moskvada 1980-ci il Yay Olimpiya Oyunları üçün tikilmiş kompleks Azərbaycandan olan iş adamları Qod Nisanov və Zaxar İliyevin rəhbərlik etdikləri “Kiyevskaya ploşad” ASC tərəfindən yenidən qurulur. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiya paytaxtının meri Sergey Sobyanin avqustun 4-də kompleksdə aparılan bərpa işləri ilə tanış olub.  

O bildirib ki, “Olimpiyski” kompleksi yenilənəndən sonra 4 binadan – arena, su idman növləri, bədən tərbiyəsi-sağlamlıq komplekslərindən və konsert zalından ibarət olacaq. Burada 30-dan çox idman növü ilə məşğul olmaq imkanı yaranacaq. 
Qeyd edək ki, 1980-ci il Yay Olimpiya Oyunları üçün tikilmiş kompleks son illər yarasız hala düşmüşdü. Azərbaycandan olan iş adamları Qod Nisanov və Zaxar İliyevin rəhbərlik etdikləri “Kiyevskaya ploşad” ASC 2017-ci ildə kompleksi alaraq, orada yenidənqurma işlərinə başlayıb. Avropada unikallığı ilə seçiləcək “Olimpiyski” kompleksinin 2025-ci ildə təhvil veriləcəyi gözlənilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO