“Bu həftə ərzində rubl dollara nisbətən 7.0 faizə yaxın dəyər itirb. Artıq 1 dollar almaq üçün 95 rubl ödəmək lazımdır. Rusiya Mərkəzi Bankının cəhdlərinə rəğmən rublu qorumaq çətinləşir. 2023-cü ildə Rusiya pulu 30.0 faiz ucuzlaşıb. Son 1 ildə isə rubl 34.0 faiz dəyərsizləşib. Sanksiyaların Rusiya iqtisadiyyatına real təsirləri hiss edilməkdədir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
“Rusiyanın enerji gəlirlərində də kəskin azalmalar qeydə alınmaqdadır. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu o deməkdir ki, Rusiyanın neft gəlirlərində 65.0 faiz azalma var. Ümumi ixracatdakı azalmalar rubla təzyiqi daha da artırıb”, - deyə deputat əlavə edib.
Vüqar Bayramovun sözlərinə görə, dollara uduzan rubl manata nisbətən də dəyər itirir:
“2023-cü ildə Azərbaycan milli valyutasına nisbətən 2,4 qəpik məzənnə ilə başlayan rublu almaq üçün indi 1,8 qəpik ödəmək lazımdır. Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşıdır və bu baxımdan rublun zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir.
Bu isə o deməkdir ki, Azərbaycan qeyri-neft ixracat bazarlarının mümkün qədər daha tez diversifikasiyasına çalışmalıdır.
Bütövlükdə, Rusiyanın valyuta gəlirlərinin azalması fonunda şimal qonşumuzun iqtisadiyyatındakı çağırışların dərinləşəcəyi gözləniləndir. Rusiyada fəaliyyətini davam etdirən azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyluşlarını şaxələndirmələri çox vacibdir”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:51 / 04.08.2023
Deputatdan Rusiyadakı soydaşlarımıza XƏBƏRDARLIQ
Hazırda oxunan: Deputatdan Rusiyadakı soydaşlarımıza XƏBƏRDARLIQ
Hazırda oxunan: Deputatdan Rusiyadakı soydaşlarımıza XƏBƏRDARLIQ
149483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.