“Azəri-Çıraq-Günəşli” yatağından son 6 ayda 68 milyon barel neft çıxarılıb

“Azəri-Çıraq-Günəşli” yatağından son 6 ayda 68 milyon barel neft çıxarılıb

Hazırda oxunan: “Azəri-Çıraq-Günəşli” yatağından son 6 ayda 68 milyon barel neft çıxarılıb

149293

Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli”dən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Bizim.Media xəbər verir ki, bu barədə BP-nin 2023-cü ilin birinci yarısının yekun hesabatında qeyd edilib.

İlk altı ay üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (23 000), “Mərkəzi Azəri” (98 000), “Qərbi Azəri” (91 000), “Şərqi Azəri” (61 000), “Dərinsulu Günəşli” (67 000) və “Qərbi Çıraq” (35 000) platformalarından birlikdə – gündə orta hesabla 375 min barel və ya ümumilikdə təxminən 68 milyon barel, yəni 9 milyon ton olub.
İkinci rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Qeyd olunan dövrdə, həmçinin sualtı izolyasiya konstruksiyası işə salınmış və boruların üst modullarda izolyasiyası işləri tamamlanıb. 

Dalğıc gəmisi mövcud 30-düymlük qovşağın birləşdirilməsini başa çatdırıb, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsi işlərini bitirib.

“Mərkəzi Azəri” platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasıyaların modifikasiyası üzrə istismar sınaqları da ilin birinci yarısında başa çatıb.

İkinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 89 faiz tamamlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO