“Bank of Baku”nun aktivləri AZALDI – HESABAT

“Bank of Baku”nun aktivləri AZALDI – HESABAT

Hazırda oxunan: “Bank of Baku”nun aktivləri AZALDI – HESABAT

149134

Cari ilin 6 ayı ərzində “Bank of Baku” ASC-nin aktivlərinin gəlirləri 0,41 faiz, kapital gəlirliliyi isə 2 faiz azalıb. 

Bizim.Media bankın hesabatına istinadən xəbər verir ki, ötən il bu gəlirlər aktivlər üzrə 2,64 faiz, kapital üzrə isə 15 faiz, cari ildə isə müvafiq olaraq 2,23 faiz və 13 faiz təşkil edib.

Belə ki, ötən il cəmi aktivinin gəlirliyi 764 milyon 410 min manat cəmi kapital gəlirliyi isə 130 milyon 378 min manat həcmində olub.  

Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarında isə 1 milyon 204 min manat və ya 1,91 faiz azalma baş verib. Ötən il 62 milyon 998 min manat olan bu vəsaitlər cari ildə 61 milyon 794 min manat səviyyəsinə düşüb. Bankın səhmdar kapitalı isə heç bir dəyişiklik baş verməyib və 52 milyon 870 min manat həddindədir.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO