Azərbaycanda Gürcüstan arasında bərpaolunan enerji sahələrində mövcud əməkdaşlıq nəzərdən keçirilib

Azərbaycanda Gürcüstan arasında bərpaolunan enerji sahələrində mövcud əməkdaşlıq nəzərdən keçirilib

Hazırda oxunan: Azərbaycanda Gürcüstan arasında bərpaolunan enerji sahələrində mövcud əməkdaşlıq nəzərdən keçirilib

149038

Avqustun 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze ilə görüşüb. 

SOCAR-dan Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün istiqamətlərində, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib.  

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Gürcüstana, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin isə cari ildə ölkəmizə qarşılıqlı səfərlərinin strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yeni təkan verdiyi bildirilib. 

Görüş çərçivəsində birgə həyata keçirilən enerji və nəqliyyat layihələrinin hər iki ölkənin davamlı iqtisadi inkişafını gücləndirməklə yanaşı, regionun və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verdiyi vurğulanıb. 

Bu xüsusda 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb. 
Görüşdə, həmçinin SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyətindən məmnunluq ifadə edilib, neft-qaz, bərpaolunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO