Azərbaycan iqtisadiyyatı bu il nə qədər ARTIB? – HESABAT  

Azərbaycan iqtisadiyyatı bu il nə qədər ARTIB? – HESABAT  

Hazırda oxunan: Azərbaycan iqtisadiyyatı bu il nə qədər ARTIB? – HESABAT  

148970

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 60 milyard 302,1 milyon manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,5 faiz artım deməkdir.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” adlı hesabatında əks olunub. 

Hesabat dövründə qeyri-neft/qaz sektorunda ÜDM-in həcmi 36 milyard 153,0 milyon manata bərabər olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,1 faiz artıb.
Qeyri-neft/qaz ÜDM-in sektorlar üzrə bölgüsünə əsasən, nəqliyyat və anbar təsərrüfatı istisna olmaqla, ticarət, kənd təsərüfatı, qeyri-neft/qaz sənayesi, informasiya və rabitə, tikinti, turizm, həmçinin sosial və digər xidmətlərdə artım qeydə alınıb.  

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO