Özbəkistanın “Artel Engineering and Management” MMC-nin nümayəndələri iyulun 31-də Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Bizim.Media-ya bildirilib ki, qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli biznes mühiti, investisiya imkanları barədə məlumat verilib, sənaye zonalarının və “Artel Engineering and Management” MMC-nin fəaliyyətini əks etdirən təqdimatlar nümayiş etdirilib.
Görüş çərçivəsində Azərbaycanda mövcud sənaye parklarında məişət texnikası, liftlər və alüminium profillərin istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Ağır maşınqayırma və Elektrik avadanlıqları zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.
Qeyd edək ki, “Artel” Mərkəzi Asiyada məişət texnikası və elektronika istehsalı üzrə liderdir.
Şirkət 2011-ci ildə qaz sobalarının istehsalı ilə fəaliyyətə başlayıb. Bu gün şirkət tərəfindən 20-dən çox çeşiddə məhsulların - məişət texnikası, o cümlədən kondisionerlər, mikrodalğalı sobalar, mini sobalar, qaz və elektrik sobaları, televizorlar, soyuducular, mobil telefonlar, quraşdırılmış məişət texnikası, tozsoran, kiçik məişət texnikası və sairin istehsalı həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
06:20 / 01.08.2023
Özbəkistan şirkətinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar - FOTO
Hazırda oxunan: Özbəkistan şirkətinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar - FOTO
Hazırda oxunan: Özbəkistan şirkətinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar - FOTO
148877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.