Şabran İcra Hakimiyyətinin 234 minlik tenderində qalib olan şirkətin SAHİBİ KİMDİR? – DETALLAR 

Şabran İcra Hakimiyyətinin 234 minlik tenderində qalib olan şirkətin SAHİBİ KİMDİR? – DETALLAR 

Hazırda oxunan: Şabran İcra Hakimiyyətinin 234 minlik tenderində qalib olan şirkətin SAHİBİ KİMDİR? – DETALLAR 

148399

Şabran Rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər Nümayəndəliyi “Şəhər ərazisində yolların əsaslı təmiri işləri”nin həyata keçirilməsi il bağlı 233 647 min manat ayırıb.

Bizim.Media xəbər verir ki, icra nümayəndəliyinin bu məqsədlə bu ilin may ayının 25-də başladığı tenderin qalibi “Avtoyoltikintiservis” MMC (VÖEN - 1904350701) elan edilib.
 

MÖVZU İLƏ BAĞLI:

10 manatlıq şirkətlər milyonluq tenderlərdə qalib OLA BİLƏRMİ? – HÜQUQİ İZAH


Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şəhərin yollarında əsaslı təmir-bərpa işləri həyata keçiriləcək. 

Bu işlər çərçivəsində, Oytay Bəşirov, Çingiz Mustafayev, Nəbi Məstanov və Hüseyn Nağıyev küçələrində qruntun Ekskavator ilə qazılıb avtomaşınlara yüklənməsi, asfalt-beton qatlarının söküntüsü, söküntüdə çıxan asfalt qırıntıların çalalara doldurulması, qaynar bitumun səpilməsi, qalınlığı 4 sm olan iri və xırda dənəvər isti asfalt-beton qarışığından örtüyün düzəldilməsi görüləcək. 

Qeyd edək ki, “Avtoyoltikintiservis” MMC 16 mart 2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 195, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. MMC-nin əlaqə telefonları və internet səhifəsinə də rast gəlinmir.

Şirkət 10 may 2022-ci ildə Siyəzən rayonu icra hakimiyyəti başçısının Siyəzən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən elan olunan “Yolların əsaslı təmiri”, “Mənzillərin giriş bloklarının qapılarının dəyişdirilməsi” və “Yolların əsaslı təmiri işlərinin satın alınması” tenderlərinin qaliblərindən biri olub və tərəflər arasında 20 min 738 manat dəyərində müqvailə imzalanıb. 

Cari ilin may ayının 20-də isə Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi avtomobil yollarının əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsində qalib olub və aralarında 379 min 794 manatlıq müqavilə imzalanıb. 

Bildirək ki, "Avtoyoltikintiservis” MMC təkcə 2022-ci ildə 15 satınalma müqaviləsi imzalayıb. Bir müqavilələrdən 14-ü Xızı, Siyəzən, Sumqayıt, Şabran, Qax, Şəki, Sabirabad, Ağsu və Beyləqan icra hakimiyyətləri və onlara tabeli qurumlarla bağlanıb. Bir müqavilə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə imzalanıb. 
Mənzil və yol çəkilişlərinin nəzərdə tutulduğu bu müqavilələrin toplam maliyyə dəyəri 1 milyon 809 min 872 manat təşkil edib.








Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO