"City Garden Narimanov"da lüks mənzillər

Hazırda oxunan: "City Garden Narimanov"da lüks mənzillər

148342

“City Garden Narimanov” 21 hektar ərazidə inşa edilən 29 binadan ibarət yaşayış şəhərciyidir. Bu şəhərciyin daxilində məktəb, klinika, alış-veriş mərkəzi, müxtəlif kafe və iaşə obyektləri, açıq hava kinoteatrları yerləşəcək.

Əlavə olaraq həm sağlamlığınızın qeydinə qalmaq, həm də əyləncəli vaxt keçirməyiniz üçün tennis kortu, basketbol və futbol meydançaları, qaçış və velosiped zolağı, mini qolf zonası, açıq havada fitnes sahəsi, skeyt sürmək üçün xüsusi hissə düşünülüb.


Binalarda mövcud olan səs və temperatur izolyasiyası ilə rahatlığı ən incə frekanslarına qədər hiss edəcəksiniz. Nə üst qonşunun səsi sizi narahat edəcək, nə də yay-qış mənzilinizdəki istiliyi mühafizə etməkdə problem yaşayacaqsınız.

Yerdən tavanadək pəncərələri, şəxsi bağçalı dupleks mənzilləri və müasir memarlığa aid müxtəlif detalları ilə “City Garden Narimanov” əvəzsiz seçimdir.


Onu da qeyd edək ki, Şəki dairəsi deyə tanınan ərazidən başlayaraq “City Garden Narimanov”a uzunluğu 1 km-ə yaxın yol çəkilir. Bu yol ilə mənzilinizə daha rahat və tez çatacaqsınız. 


Mənzillər tam təmirli olmaqla yanaşı, hər biri çıxarışlıdır. 20 %-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka krediti ilə satılır. 

Ətraflı məlumat: *1544 və ya 050 293 10 10

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO