Azərbaycan nümayəndə heyəti Türkiyədə görüşlər keçirdi - FOTO 

Azərbaycan nümayəndə heyəti Türkiyədə görüşlər keçirdi - FOTO 

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti Türkiyədə görüşlər keçirdi - FOTO 

148280

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın qəbulunda olub. 

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə dövlət başçılarımızın səyləri nəticəsində bu gün ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı qeyd edilib, uğurlu əməkdaşlığın regional inkişafa, stabilliyə və təhlükəsizliyə, o cümlədən bütün Türk dünyasına böyük töhfələr verən mühüm faktora çevrildiyi vurğulanıb.  

Qeyd edilib ki, ölkələrimiz enerji, nəqliyyat, sənaye, investisiya, sahibkarlıq, maliyyə, innovsiyalar, rəqəmsallaşma və digər sahələrdə uğurla əməkdaşlıq edir. 
Görüşdə ticarət dövriyyəsinin artırılması hədəfi istiqamətində həyata keçirilən işlər və əməkdaşlığın perspektivləri müzakirə edilib. 

Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşdə iki ölkənin enerji sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb. 

Həmçinin görüşdə qardaş ölkələrimiz arasında strateji tərəfdaşlığın bütün istiqamətlərdə olduğu kimi, energetika sahəsində də uğurla inkişaf etdiyi və birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyi vurğulanıb. Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub. 
Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, o cümlədən enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO