KOBİA sədri Qırğızıstan investorlarını Qarabağda nvestisiya imkanlarından istifadə etməyə çağırdı

KOBİA sədri Qırğızıstan investorlarını Qarabağda nvestisiya imkanlarından istifadə etməyə çağırdı

Hazırda oxunan: KOBİA sədri Qırğızıstan investorlarını Qarabağda nvestisiya imkanlarından istifadə etməyə çağırdı

148144

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qırğızıstan investorlarını işğaldan azad edilmiş ərazilərdəki biznes və investisiya imkanlarından istifadə etməyə dəvət edib. 

Bizim.Media xəbər verir ki, KOBİA sədri Azərbaycan və Qırğızıstan arasında ikitərəfli əlaqələrin inkişafının KOB subyektləri arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişlənməsinə töhfə verdiyini deyib.  

Bildirib ki, KOBİA, öz növbəsində, hər iki ölkənin biznes dairələri arasında əlaqələrin genişlənməsinə, əməkdaşlığın inkişaf dinamikasına müsbət təsir edəcək birgə layihələrin həyata keçirilməsinə dəstəyini göstərəcək.

Agentliyin ölkəmizdə biznesin qurulması sahəsində xarici ölkələrin iş adamlarına dəstəyə dair müsbət əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edən O.Məmmədov Qırğızıstan investorlarını Qarabağda biznes və investisiya imkanlarından istifadə etməyə dəvət edib. 
Qeyd edək ki, Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası çərçivəsində Qırğızıstan-Azərbaycan biznes forumu təşkil olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO