Hesablama Palatasının auditorları vəzifələrinə namizədlər açıqlandı - ADLAR - FOTO

Hesablama Palatasının auditorları vəzifələrinə namizədlər açıqlandı - ADLAR - FOTO

Hazırda oxunan: Hesablama Palatasının auditorları vəzifələrinə namizədlər açıqlandı - ADLAR - FOTO

14812

Martın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının auditorlarının təyin edilməsi haqqında” məsələyə baxılıb.

Bizim.Media-ya Milli Məclisdən verilən məlumata görə,komitənin sədri Tahir Mirkişili bildirib ki, spiker Sahibə Qafarovanın təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə, “Hesablama Palatası haqqında” qanunun 11.3-cü maddəsinə və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunun 12-ci maddəsinin ikinci hissəsinə əsasən, Nəsir Sadıqovun Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini vəzifəsinə, Cavid Bayramovun, Hilal HüseynovunVəfa Mütəllimovanın isə Hesablama Palatasının auditorları vəzifələrinə namizədlikləri irəli sürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Hesablamalar Palatasının sədr müavini və auditorları kim olacaq? - SİYAHI 


Qeyd olunub ki, hazırda bu qurumun auditoru vəzifəsinə  olan vakant yerlərə təqdim edilmiş namizədlər “Hesablama Palatası haqqında” qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş palatanın üzvlərinə dair tələblərə cavab verirlər, peşəkarlıq səviyyələri yüksəkdir. 

Fikir mübadiləsinin yekununda komitənin rəyini bildirən Tahir Mirkişili qeyd edib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi namizədliyi irəli sürülmüş bu şəxslərin həmin vəzifələrə təyin olunmasını məqsədəuyğun hesab edir.

Sonda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO