Yay mövsümündə Azərbaycana daha çox hansı ölkələrdən turist GƏLİR? – ARAŞDIRMA 

Yay mövsümündə Azərbaycana daha çox hansı ölkələrdən turist GƏLİR? – ARAŞDIRMA 

Hazırda oxunan: Yay mövsümündə Azərbaycana daha çox hansı ölkələrdən turist GƏLİR? – ARAŞDIRMA 

148030

Artıq Azərbaycan da turizm baxımından kifayət qədər geniş perspektivlərə malik ölkə hesab olunur. Hər il yay mövsümündə Azərbaycanda turizm sektorunda canlanma müşahidə edilir. Bu il də ölkəmizə turist axını davam edir. 

Bizim.Media Dövlət Turizm Agentliyinə istinadən may və iyun ayında Azərrbaycana gələn əcnəbi turistlərlə bağlı statistikanı araşdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Hava şəraiti istirahət məkanlarına necə təsir edib? - VİDEO


Ölkəyə gələnlər arasında yenə ilk sırada Rusiya, Türkiyə və İran qərarlaşıb. 

Belə ki, bu ilin may ayında ölkəyə 190 min 081 turist gəlib. Ötən ilin müvafiq dövrümdə isə bu say 137 min 491 nəfər olub. Yəni, may ayında ölkəmizə gələn turistlərin sayında 38% artıb.

Gələnlərin 64,8 faizi Rusiya Federasiyası, 33 faizi Türkiyə, 13, 9 faizi İran, 8,9 faizi Hindistan, 8,5 faizi Gürcüstan, 5,3 faizi Qazaxıstan, 5,1 faizi Səudiyyə Ərəbistanı, 4 faizi Özbəkistan, 4 faizi Pakistan, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,4 faizi İsrail, 3 faizi Belarus, 2,7 faizi Ukrayna, 2,3 faizi Türkmənistan və 2,3 faizi Küveyt vətəndaşları olub. 

Ötən ay isə Azərbaycana 205 min 910 turist gəlib. Ötən ilin müvafiq dövründə bu rəqəm 170 min 600 olub. İyun ayında da Azərbaycana ən çox turist Rusiyadan gəlib. İkinci sırada Türkiyə, daha sonra isə Hindistan olub. 

Həmin ayın statistikası isə belədir:

Gələnlərin 71,7 faizi Rusiya Federasiyası, 34 faizi Türkiyə, 12,7 faizi İran, 8,4 faizi Səudiyyə Ərəbistanı, 7,7 faizi Gürcüstan, 5,5 faizi Qazaxıstan, 4,7 Pakistan, 4,3 faizi İsrail, 4 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4 faizi Özbəkistan, 2,9 faizi Ukrayna, 2,8 faizi Küveyt, 2,7 faizi Belarus və 2,6 faizi Çin vətəndaşları olub. 

Xatırladaq ki, 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1,6 milyondan çox və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Gələnlərin 27,9 faizi Rusiya Federasiyası, 19,5 faizi Türkiyə, 10,6 faizi İran, 6,0 faizi Səudiyyə Ərəbistanı, 5,1 faizi Gürcüstan, 3,8 faizi Hindistan, 3,2 faizi Pakistan, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,7 faizi Ukrayna, 1,6 faizi Özbəkistan, 1,5 faizi İsrail, 1,4 faizi Küveyt, hər birindən 1,2 faiz olmaqla Oman və Belarus, 10,8 faizi digər ölkələrin vətəndaşları olub. Onlardan 74,8 faizini kişilər, 25,2 faizini qadınlar təşkil edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO