Energetika Nazirliyi tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Avstriyanın enerji tənzimləyici qurumu "E-Control" iki qurum arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi yönündə müzakirələr aparıb.
Bu barədə Bizim.Media-ya Agentlikdən məlumat verilib.
Müzakirələr AERA-nın İdarə Heyətinin sədri Samir Axundovun "E-Control"un icraçı direktoru Volfqanq Urbançiç, eləcə də hər iki qurumun digər nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə baş tutub.
Görüşdə hər iki ölkənin enerji tənzimləyici qurumunun fəaliyyətinə yönəlik məlumatlar təqdim olunub və enerji tənzimləmə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Qeyd edək ki, elektrik enerjisi və təbii qaz sahələri üzrə tənzimləməni həyata keçirən "E-Control" 2001-ci ildə yaradılıb.
Quruma Avstriyanın İqlim Dəyişikliyi, Ətraf Mühit, Enerji, Mobillik, İnnovasiya və Texnologiyalar üzrə Federal Nazirliyi (BMK) tərəfindən təyin edilmiş iki icraçı direktor rəhbərlik edir.
Bizim.Media
![Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları əməkdaşlıq istiqamətlərini müzakirə edib Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları əməkdaşlıq istiqamətlərini müzakirə edib](https://bizim.media/file/articles/2023/07/20/1689798616_2.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
06:16 / 20.07.2023
Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları əməkdaşlıq istiqamətlərini müzakirə edib
Hazırda oxunan: Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları əməkdaşlıq istiqamətlərini müzakirə edib
Hazırda oxunan: Azərbaycan və Avstriyanın enerji tənzimləyici qurumları əməkdaşlıq istiqamətlərini müzakirə edib
147087
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
![Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ](https://bizim.media/photo/400x222/2024/07/03/1720033335_2.jpg)
22:58
Astanada keçirilən üçtərəfli görüşdə iqtisadi-ticari əlaqələrin perspektivləri MÜZAKİRƏ EDİLDİ
![İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”](https://bizim.media/photo/400x222/2024/07/03/1720019304_1.jpg)
19:05
İlham Əliyev: “Azərbaycanla Rusiya arasında milli valyutalarda qarşılıqlı hesablaşmalar artır”
18:12