Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı iki ölkə arasında ümumi dəyəri 50,7 milyard dollar olan 13 sənəd imzalanıb.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, imzalanan sənədlər enerji, nəqliyyat, infrastruktur, logistika, elektron ticarət, maliyyə, səhiyyə, qida, turizm, daşınmaz əmlak, tikinti, müdafiə sənayesi, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələri əhatə edir.
Həmçinin tərəflər Türkiyə və BƏƏ prezidentlərinin sədrliyi ilə Yüksək Səviyyəli Strateji Şuranın yaradılması barədə razılığa gəliblər.
Bununla Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
23:07 / 19.07.2023
Türkiyə və BƏƏ arasında 50,7 milyard dollarlıq əməkdaşlıq sazişləri imzalanıb
Hazırda oxunan: Türkiyə və BƏƏ arasında 50,7 milyard dollarlıq əməkdaşlıq sazişləri imzalanıb
Hazırda oxunan: Türkiyə və BƏƏ arasında 50,7 milyard dollarlıq əməkdaşlıq sazişləri imzalanıb
147078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.