Azərbaycan sahibkarlarının qarşılaşdığı problemlər müzakirə olunub - FOTO

Azərbaycan sahibkarlarının qarşılaşdığı problemlər müzakirə olunub - FOTO

Hazırda oxunan: Azərbaycan sahibkarlarının qarşılaşdığı problemlər müzakirə olunub - FOTO

146919

İqtisadiyyat Nazirliyində sahibkarların qarşılaşdıqları problemlər və onların həllində dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi haqqında müzakirələr aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin məlumatında qeyd olunub. 

Məlumata görə, nazirlik yanında İctimai Şura iqtisadi sahədə fəaliyyət göstərən dövlət qurumları ilə müzakirələri davam etdirir. Növbəti belə tədbir Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə keçirilib. 

Görüş zamanı Fondun güzəşt mexanizmləri, sahibkarlar üçün sərfəli biznes kreditlərinin təmin edilməsi və qarşılıqlı öhdəliklərin nizamlanması prosedurları ətraflı müzakirə edilib. 

Həmçinin, SİF-in aidiyyəti qurumlar və sahibkarlarla kommunikasiya əlaqələrinin qurulması mexanizmləri diqqətə çatdırılıb, normativ hüquqi sənədlər hazırlanarkən fond və sahibkarlar arasında əməkdaşlığın əhəmiyyəti qeyd edilib. 

Müzakirə şəraitində keçən görüşdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər, onların həllində dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi, problemli kreditlər zamanı qaldırılan məsələlərə baxılması mexanizmi, məsləhətləşmələr və sahibkarların rəyinin nəzərə alınmasının əhəmiyyəti vurğulanıb.
Görüşdə İctimai Şura üzvləri ilə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib, suallar cavablandırılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO