Taxıl dəhlizi ilə daşınmış məhsulun HƏCMİ 

Taxıl dəhlizi ilə daşınmış məhsulun HƏCMİ 

Hazırda oxunan: Taxıl dəhlizi ilə daşınmış məhsulun HƏCMİ 

146410

Təxminən bir il ərzində Qara dəniz taxıl dəhlizi vasitəsilə Ukrayna limanlarından 32,8 milyon ton kənd təsərrüfatı məhsulu ixrac olunub. 

Bizim.Media xəbər verir ki, bunu BMT əlaqələndiricisinin ofisindən bildiriblər.  

Məlumata görə, hazırda təşəbbüs çərçivəsində yalnız bir gəmi Odessa limanında taxılla yüklənir. 

BMT-də xatırladıblar ki, taxıl sazişinin müddəti iyulun 17-də başa çatır. İştirakçıların (Rusiya, Ukrayna, Türkiyə, BMT) razılığı olacağı təqdirdə saziş öz fəaliyyətini davam etdirəcək. 

Taxıl dəhlizi ilə üç qitənin 45 ölkəsinə taxıl və digər ərzaq məhsulları ixrac edilib. Onun 46 faizi Asiyaya, 40 faizi Qərbi Avropaya, 12 faizi Afrikaya çatdırılıb. 

Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda Ukrayna taxılının, habelə Rusiyanın aqrar məhsullarının və gübrəsinin beynəlxalq bazara çatdırılması üzrə sənədlər paketi imzalanıb.

Razılaşma ilkin olaraq 120 gün müddətinə nəzərdə tutulub və sonradan bir neçə dəfə uzadılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO