Azərbaycanda neft istehsalı 23 faiz ARTDI  

Azərbaycanda neft istehsalı 23 faiz ARTDI  

Hazırda oxunan: Azərbaycanda neft istehsalı 23 faiz ARTDI  

146036

2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 2 milyard 248,3 milyon manat dəyərində 3 milyard 063,4 milyon ton neft məhsulları istehsal olunub. 

Bizim.Media Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb.  

Bu məhsullar arasında ən yüksək göstərici qazoylları (dizel yanacağının) ilə bağlıdır. Belə ki, bu məhsulun istehsal gücü cari dövrdə 1 milyard 154,3 milyon ton təşkil edib  ki, bu da ötən ilə nisbətən 33,9 faiz artım deməkdir.  
İkinci yerdə isə avtomobil benizini dayanır ki, bunun da cari ilki istehsal gücü 700,6 milyon ton təşkil edir. Bu da ötən ilki istehsaldan 39,2 faiz çoxdur. Üçüncü yerdə neft koksunun istehsalı dayanır ki, bunun da illik istehsalı 530,9 milyon ton təşkil edib.

Bu da ötənilki göstəricidən 61,9 faiz çoxdur. Ağ neftin istehsalının ümumi həcmi 283,3 ton olub ki, bu da ötən ildən 14,3 faiz çoxdur.  

Neftdən alınan maye qazın istehsalı isə 122,1 milyon ton həcmində olub ki, bu da ötən illə müqayisədə 24,2 faiz çoxdur.   

Cari ildə neft bitumunun istehsal gücü 111,3 milyon ton olub ki, bu da dövrə nisbətən 37,0 faiz az olub. Mazut istehsalı isə ötən ilə nisbətən 93,8 faiz azalıb. Belə ki, cari ildə bu istehsal cəmi 4,0 miyon ton təşkil edib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO