2023-cü ilin I rübündə Azərbaycanın dünyanın 176 ölkəsi ilə ticarət əlaqələri olub. Xarici ticarətin 12.1%-i MDB üzvü olan ölkələrin, 87.9%-i isə digər xarici ölkələrin payına düşür.
Bizim.Media Azərbaycan Mərkəzi Bankının “Tədiyyə balansı hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin I rübündə isə həmin dövlətlərin sayı 152 olub ki, bunun da 10.6%-i MDB üzvü olan dövlətlərin, 89.4%-i isə digər xarici dövlətlərin payına düşüb.
Hesabat dövründə əmtəə ixracı 4.4% artaraq 8.5 milyard dollar təşkil edib. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 2.3% artaraq 7.6 milyard dollar olub.
İxrac olunmuş 7.6 milyard dollarlıq neft-qaz məhsullarının 4.2 milyard dolları xam neftin, 3.2 milyard dolları təbii qazın, 0.2 milyard dolları isə neft emalı məhsullarının payına düşür. 2023-cü ilin I rübü üzrə qeyri-neft-qaz ixracı 27.1% artaraq 900 milyon dolar olub.
2023-cü ilin I rübü üzrə əmtəə idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 40.6% artaraq 3.8 milyard dollar təşkil edib. İstehlak mallarının idxalının ümumi dəyəri isə 1.5 milyard dollar olub ki, bunun da 0.5 milyard dolları ərzaq məhsullarının payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə idxal 24.2% artaraq 2.9 milyard dollar olub.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4.3% təşkil edərək 129.4 milyon dollar olub.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:50 / 13.07.2023
Azərbaycanla xarici ticarət əlaqələri olan ölkələrin sayı 176-ya ÇATDI – RƏSMİ
Hazırda oxunan: Azərbaycanla xarici ticarət əlaqələri olan ölkələrin sayı 176-ya ÇATDI – RƏSMİ
Hazırda oxunan: Azərbaycanla xarici ticarət əlaqələri olan ölkələrin sayı 176-ya ÇATDI – RƏSMİ
146015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.