Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 12 mlrd. kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 7,5% çoxdur.
Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında yazıb.
Qeyd olunur ki, hesabat dövründə Avropaya 5,7 mlrd. kubmetr, Türkiyəyə 5 mlrd. kubmetr, Gürcüstana isə 1,3 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə Trans-Anadolu xətti (TANAP) Türkiyəni 2,8 mlrd. kubmetr qazla təchiz edib.
“Yanvar-iyun aylarında qaz ixracı 7,5% artıb. Avropaya 5,7 mlrd.m3, Türkiyəyə 5 mlrd.m3, Gürcüstana isə 1,3 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 2,8 mlrd.m3 qazla təchiz edib”, - paylaşımda bildirilir.
Bizim.Media
Gas export increased by 7.5 % in January-June. 5.7 bcm of gas was exported to #Europe, 5 bcm to #Türkiye, and 1.3 bcm to #Georgia. During this period, #TANAP supplied Türkiye with 2.8 bcm of gas. pic.twitter.com/4QqMC4JJYy
— Parviz Shahbazov (@ParvizShahbazov) July 12, 2023