Fırıldaqçı tur şirkətlərini necə ayırd etmək olar? – Ekspertdən MÜHÜM XƏBƏRDARLIQ

Fırıldaqçı tur şirkətlərini necə ayırd etmək olar? – Ekspertdən MÜHÜM XƏBƏRDARLIQ

Hazırda oxunan: Fırıldaqçı tur şirkətlərini necə ayırd etmək olar? – Ekspertdən MÜHÜM XƏBƏRDARLIQ

145511

Tur şirkətlərinə tələbat artığı bir dönəmdə etibarlı tur şirkəti tapmaq bir xeyli çətinləşib.  

Əksər insan büdcəsinə qənaət etmək üçün daha sərfəli tur şirkəti seçərkən, onun fəaliyyətini gözdən keçirmək arxa planda qalır. Özlərini bu sahədə “peşəkarlaşdırmış” şirkətlər isə insanları ucuz qiymətə şirnikləndirərək öz hiyləgərliklərini reallaşdırmağa nail olur. Yekunda isə müştəri aldanaraq  birə- beş xərcə düşür.

Bir neçə gün öncə isə “Instagram” sosial şəbəkəsi üzərindən “sahintravel” tur şirkəti istirahətə yollanmaq istəyən həmkarımızın 900 manatını alaraq dələduzluq etdiyi ilə bağlı məlumat yayılıb. Yəni, bu kimi  dələduzluq halları ilə rastlaşanlar az olmasa da, təəsüf ki, sözügedən formada fəaliyyət göstərən şirkətlərin qarşısını almaq çətindir.

Bəs, tur şirkətləri tərəfindən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır?

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov Bizim.Media-ya açıqlamasında bildirib ki, vətəndaşlar sadəcə qiymətə baxmamalı, ətraflı araşdırma aparmalıdırlar:
 

MÖVZU İLƏ BAĞLI:

Xaricə turla, yoxsa təkbaşına getmək daha YAXŞIDIR?


“Çox təəsüflər olsun ki, bəzən müştərilərin aldadılması faktına rast gəlirik. Bu, ümumiyyətlə, turizm şirkətləri və hətta otellərdə də olur ki, yalandan müşrəriləri cəlb etmək üçün çox ucuz qiymətlər təklif edirlər. Nəticədə isə müştəri bu ucuz qiymətə aldanaraq bir çox rezervlerin doğru olmadığını görə və öz səyahət təcrübələrində xoşagəlməz hallarla rastlaşa bilər”. 

Ekspertin sözlərinə görə, “Turizm haqqında” qanunda göstərilir ki, şirkətlər artıq reyestrdən keçməlidirlər və onların öz reytinqi formalaşmalıdır:

“Tur şirkətləri ilə bağlı turizm haqqında qanunda müvafiq  tənzimlənmə nəzərdə tutulub. Kəskin ucuz qiymət əslində şübhə doğurmalıdır. Mütləq araşdırarkən də bir neçə mənbəni gözdən keçirməli və çox ucuz qiymət olarsa, şübhələnmək və araşdırmaq lazımdır”.

Ceyhun Aşırov həmçinin qeyd edir ki, tur şirkətlərinin saxtakarlığını anlamaq üçün bir sıra məqamlara diqqət etmək vacibdir:

“Turizm qanunlarına  uyğun fəaliyyət göstərən şirkətləri digərlərindən fərqləndirmək mümkündür. Reyestrdən keçən şirkət daha güvənlidir. Çünki onlar öz nüfuzunu qoruyar və kimisə aldatmaz. Çünki hansısa turisti aldatmaq onun öz şirkətinin dağılmasına səbəb ola bilər. Ağıllı bir şirkət və rəhbəri heç zaman müştəriləri aldatmaz. Fırıldaqçı şirkətlərin adətən ofisi və işçi qrupu olmur”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO