Bölgələrdəki şəkər qıtlığının səbəbi mürəbbə sezonunun BAŞLAMASIDIR?

Bölgələrdəki şəkər qıtlığının səbəbi mürəbbə sezonunun BAŞLAMASIDIR?

Hazırda oxunan: Bölgələrdəki şəkər qıtlığının səbəbi mürəbbə sezonunun BAŞLAMASIDIR?

145077

Son günlər ölkənin bəzi bölgələrində şəkər qıtlığı  müşahidə olunur. Bəzi bölgələrdə şəkər tozunun hətta limitlə satııldığı deyilir.  

Bəs, qeydə alınan bu qıtlıq nə ilə bağlıdır?

Suala aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, şəkər qıtlığı əsasən mövsümlə bağlıdır:

“Bilirsiniz ki, yay mövsümündə həm fərdi insanlar, həm də bəzi qida istehsalçıları daha çox şəkər istehlak edir. Çünki, meyvələrin bol və ucuz, ən əsası orqanik olduğu bir vaxtda ondan müxtəlif mürəbbələr, şirələr və digər qida məhsulları hazırlanır. İstehlak artdıqca istər-istəməz bazarda müəyyən qıtlıq yaranır. Burda bir məqamı da qeyd etmək istəyirəm ki, ölkəmizdəki iş adamları dövriyyə artan kimi qiymətləri də qaldırırlar. Çalışırlar ki, ehtiyacdan daha çox qazanc əldə etsinlər”.

Akif Nəsirli yaranmış qıtlığın aradan qaldırılması üçün öz təkliflərini də səsləndirib:

“Son 6 ayda ölkəmizdən 18.5 min ton şəkər ixrac edilib. Bu kiçik rəqəm deyil. İndiki halda çalışılmalıdır ki, şəkər ixracı azaldılsın və daxili bazara lazımi qədər şəkər çıxarılsın”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO