Azərbaycan və EBRD maliyyə sektoru üzrə strategiyanı müzakirə edib

Azərbaycan və EBRD maliyyə sektoru üzrə strategiyanı müzakirə edib

Hazırda oxunan: Azərbaycan və EBRD maliyyə sektoru üzrə strategiyanı müzakirə edib

144585

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında, qurumun 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov özünün “Twitter” hesabında məlumat verib. 

"EBRD-nin Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.

Görüşdə EBRD-nin Qafqaz üzrə yeni regional direktoru təyin olunmuş Alkis Vrienios Drakinos və Azərbaycan üzrə Ofisinin rəhbəri Nataly Muravidze təqdim edildi, EBRD-nin Azərbaycandakı fəaliyyəti, o cümlədən bank sektorunda iştirakı, 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq.
Eyni zamanda əməkdaşlığımızın cari vəziyyətini və perspektivlərini müzakirə etdik", - deyə T. Kazımov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO