Ləğv olunan bankların əmlakları satışa ÇIXARILACAQ – SİYAHI  

Ləğv olunan bankların əmlakları satışa ÇIXARILACAQ – SİYAHI  

Hazırda oxunan: Ləğv olunan bankların əmlakları satışa ÇIXARILACAQ – SİYAHI  

144274

Hazırda ləğvetmə prosesində olan “Texnikabank”, “AGBank” və “Qafqaz İnkişaf Bankı” ASC-lərin, eləcə də “Bank Standard” QSC-nin daşınmaz əmlakları satışa çıxarılır. 

Bizim.Media Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir ki, iyunun 20-də Bakı Hərrac Mərkəzi” MMC-də adıçəkilən bankların əmlaklarının satışı üzrə hərrac keçiriləcək.  
 

MÖVZU İLƏ BAĞLI:

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri AÇIQLANDI


Belə ki, “Bank Standart” ASC-yə məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 261, b 4 ünvanında yerləşən (ü/s 44,2 kv.m) 10 saylı mənzilin hərrac üzrə satışı təşkil ediləcək.

Daşınmaz əmlakın ilkin satış qiyməti 45000 manatdır.  

“Texnikabank” ASC-nin balansındakı daşınmaz əmlak Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, ev 85v ünvanında 0,01615 ha torpaq sahəsində yerləşən (ü/s 130,8 kv.m) fərdi yaşayış evidir. İlkin qiymət kimi 42 000 manat müəyyən edilib. 

Ləğvetmə prpsesində olan “AG Bank” ASC-nin balansında olan daşınmaz əmlak Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi, ev 21 ünvanında yerləşən (ü/s 65,2 kv.m) 56 saylı mənzildir və ilkin qiymət olaraq 22 000 manat həcmində müəyyən edilib.  

“Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınmaz əmlak isə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 44 ünvanında yerləşən 0,8105 ha torpaq sahəsidir və ilkin satış qiyməti 3000000 manatdır.  

Qaydalara görə, bu əmlaklardan hər hansı birini alan alıcı hərrac təşkilatına satış qiymətinin 5%-i həcmində behi 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Bütün hərraclar Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27 ünvanında baş tutacaq. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO