2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 5 milyon 435 min dollar dəyərində 1 926 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar idxal edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu göstərici həcmi baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23% və ya 360 ton, məbləğ baxımından isə 19% və ya 864 min dollar çoxdur.
2022-ci ilin ilk 4 ayında Azərbaycana 4 milyon 570 min dollar dəyərində 1 566 ton ətdən və əlavə ət məhsullarından hazırlanan kolbasalar idxal edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana kolbasa əsasən Rusiyadan (1 592 ton), Belarusdan (105 ton), Almaniyadan (99,3 ton) və Türkiyədən(83.3 ton) gətirilib.
Əlavə edək ki, bu dövrdə Rusiyadan gətirilən kolbasanın hər kiloqramının orta idxal qiyməti 4,1, Belarusdan gətirilən 8,16, Almaniyadan gətirilən yeddi, Türkiyədən gətirilən isə 7.4 manata bərabər olub.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
18:25 / 01.07.2023
Azərbaycana gətirilən kolbasaların idxal qiyməti AÇIQLANDI
Hazırda oxunan: Azərbaycana gətirilən kolbasaların idxal qiyməti AÇIQLANDI
Hazırda oxunan: Azərbaycana gətirilən kolbasaların idxal qiyməti AÇIQLANDI
144063
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.