AZAL Qurban bayramı ilə bağlı aviabiletlərə 20 %-lik endirim elan edib

AZAL Qurban bayramı ilə bağlı aviabiletlərə 20 %-lik endirim elan edib

Hazırda oxunan: AZAL Qurban bayramı ilə bağlı aviabiletlərə 20 %-lik endirim elan edib

143611

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Qurban bayramı münasibətilə aviabiletlərə 20 %-lik endirim aksiyası elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə  AZAL-ın məlumatında qeyd edilib. 

"Endirimli aviabiletləri 28 iyun-2 iyul tarixləri aralığında əldə etmək mümkündür. Təklif aviaşirkətin bütün istiqamətləri üzrə 20 sentyabr-20 dekabr daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-gəliş aviabiletlərinə şamil olunur", - məlumatda deyilir. 
Bildirilir ki, aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər payız tətilini öncədən planlaşdıra biləcəklər.

20 % güzəşt çarter, kod-şerinq və Tel-Əviv reysləri istisna olmaqla, AZAL-ın bütün reyslərinə şamil edilir. 

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO