Cari ildə həyat sığortası ilə 345 milyon manatdan çox vəsait əldə edilib – HESABAT  

Cari ildə həyat sığortası ilə 345 milyon manatdan çox vəsait əldə edilib – HESABAT  

Hazırda oxunan: Cari ildə həyat sığortası ilə 345 milyon manatdan çox vəsait əldə edilib – HESABAT  

143571

2023-cü ilin yanvar-may aylarında Azərbaycanın sığorta şirkətləri tərəfindən həyat sığortası ilə bağlı ümumilikdə 345 milyon 816 min manatdan çox vəsait toplanılıb. 

Bizim.Media-nın Mərkəzi Bankın cari ilin 5 ayını əhatə edən hesabatına istinadən verdiyi xəbərə görə, bu vəsaitlər ötən ilin eyni dövrü ilə müqayisədə 57 milyon 264 min manat və ya 16,5 faiz çoxdur.  

Belə ki, həmin dövrdə bu vəsaitlər 288 milyon 552 min manat təşkil edib  

Cari dövrdəki fəaliyyətin 251 milyon 889 min manatı sığorta haqlarından, 93 milyon 926 manatı isə sığorta ödənişlərindən əldə edilib. Ötən ilin eyni dövründə isə bu dəyərlər müvafiq olaraq 205 milyon 551 min manat və 83 milyon manat olub. 

Bu da onu göstərir ki, 1 ildə sığorta haqlarından 46 milyon 338 min manat və ya 18,4 faiz, sığorta ödənişlərindən isə 10 milyon 926 milyon manat və ya 11,6 faiz çox gəlir əldə edilib.  

Cari ildə toplanan vəsaitlərin 332 milyon 586 milyon manatı həyatın yaşam sığortasına aiddir ki, bunun da 239 milyon 257 min manatı sığorta haqlarından, 93 milyon 329 min manatı isə sığorta ödənişlərindən əldə edilib.  

Həyatın ölüm halından sığorta toplamalarının ümumi dəyəri 11 milyon 611 min manat olub ki, bunun da 11 milyon 022 min manatı sığorta haqlarından, 589 min manatı isə sığorta ödənişlərindən əldə edilib.  
Əmək qabiliyyətinin sığortası 705 min manat, sağalmaz xəstəliklər sığortası isə 913,2 min manat dəyərində olub. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO