Mərkəzi Bankın beynəlxalq ehtiyatlar fondu 21,2 faiz artıb – HESABAT  

Mərkəzi Bankın beynəlxalq ehtiyatlar fondu 21,2 faiz artıb – HESABAT  

Hazırda oxunan: Mərkəzi Bankın beynəlxalq ehtiyatlar fondu 21,2 faiz artıb – HESABAT  

142983

Cari ilin may ayıının sonuna qədər Azərbaycan Mərkəzi Bankının rəsmi beynəlxalq ehtiyatlar fondu 9 milyard 175.7 milyon ABŞ dolları təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın aylıq hesabatında əks olunub.  

Sənədə əsasən, bu vəsait ötən ilin eyni dövrü ilə müqayisədə, 1 milyard 945 milyon manat və ya 21,2 faiz çoxdur.  

Qeyd edək ki, cari dövrdə AMB-nin mərkəzi hökumətə xalis tələblərində 3 milyard 499.7 milyon manatlıq mənfi saldo yaranıb.  

Bnak və bank olmayan kredit təşkilatlarına aid xalis tələblərdə də ciddi azalma qeydə alınıb. Belə ki, cari dövrdə bu tələb 7 milyard 174.5 milyon manat, 2022-ci ilin eyni dövründə isə 7 milyard 558.7 milyon manat təşkil edib. Burdan da aydın olur ki, 1 il ərzində 384,2 milyon manat və ya 5,08 faiz azalma baş verib.  
May ayının sonuna qədər Mərkəzi Bankın pul bazasının ümumi dəyəri 19 milyard 116.8 milyon manat olub ki, bunun da 17 milyard 350.5 milyon manatı milli valyuta ilə olan vəsaitlər təşkil edib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO