Azərbaycanda rəqəmsal valyutanın yaradılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda rəqəmsal valyutanın yaradılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda rəqəmsal valyutanın yaradılması ilə bağlı RƏSMİ AÇIQLAMA

142934

Artıq 15 ilə yaxındır ki, dünyanın bir çox ölkələri öz milli valyutalarının rəqəmsal variantlarını, yəni kriptovalyutalarını yaradaraq onlayn ticarətini həyata keçirirlər. 2008-ci ildə Yaponiya vətəndaşı Satoshi Nakamoto tərəfindən “Bitkoin”, 2011-ci ildə çarli Li tərəfindən daha sürətli və ucuz alternativi olan “Litecoin” rəqəmsal pul vahidi yaradılıb və Vinsent Darhem tərəfindən “namecoin”, 2022-ci ildə Sanni Kinq tərəfindən isə “Peercoin” yaradılıb.

Bu gün dünyada yüzə yaxın elektron pul vahidləri var yüzlərlə insan milyonlarla dollar məbləğində vəsaitlər qazanır. 

Ancaq bu 15 il müddətində Azərbaycanda milli kriptovalyutanın yaradılması ilə bağlı heç bir addım atılmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Xarici valyutalarla kredit götürmək daha risklidir” – XƏBƏRDARLIQ 


Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov, 2022-ci ildə rəqəmsal valyutanın konseptual yanaşmasına dair sənədin hazırlanması üzərində iş aparıldığını bildirdi. Artıq 2023-cü ilin birinci yarısını başa vurmuşuq və arada 1,6 ilə yaxın vaxt keçib, amma sənədin icra olunub-olunmamasından bir xəbər yoxdur. 

Hazırda Azərbaycan milli kriptovalyutanın yaranması istiqamətində vəziyyət necədir və hansı işlər gedir? Bizim elektron manatımız nə vaxt yaranacaq?

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib ki, Mərkəzi Bank tərəfindən “Mərkəzi bankın rəqəmsal valyutası” (CBDC) üzrə konseptual yanaşmanın müəyyən edilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici mərkəzi banklar və beynəlxalq beyin mərkəzləri ilə sıx əməkdaşlıq edilir: 

“Bu xüsusda, AMB tərəfindən Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlar aparılıb və texniki yardım əldə edilib. Texniki yardım çərçivəsində CBDC-nin yaradılmasını şərtləndirən məqsədlər, CBDC-nin dizayn xüsusiyyətləri, hüquqi və tənzimləmə aspektləri, siyasət təsirləri (pul siyasəti, maliyyə sabitliyi, maliyyə inklüzivliyi), rəqəmsal ödəniş sistemləri infrastrukturu üzrə məsələlər təhlil edilib.

Texniki yardım nəticəsində CBDC üzrə konseptual yanaşmanın müəyyən edilməsi ilə bağlı məlumatlar təhlil edilərək Mərkəzi Banka təqdim edilib.

Mərkəzi Bank xarici dövlətlərdə CBDC üzrə konseptual yanaşmaların müəyyən edilməsi və reallaşan pilot layihələri yaxından izləyir və bu istiqamətdə təhlilləri davam etdirir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO