Yay gəlsə də, kirayə mənzillər BAHALAŞIR – “Ucuzlaşma gözlənilmir”

Yay gəlsə də, kirayə mənzillər BAHALAŞIR – “Ucuzlaşma gözlənilmir”

Hazırda oxunan: Yay gəlsə də, kirayə mənzillər BAHALAŞIR – “Ucuzlaşma gözlənilmir”

142745

Əmlak bazarında qiymətlər artmağa davam edir. Maraqlıdır ki, bu tendensiya kirayə mənzil qiymətlərində də müşahidə olunur. 

Əvvəlki illərin təcrübəsinə nəzər salsaq, görə bilərik ki, yay aylarında kirayə evlərin qiymətində azalma müşahidə olunurdu.

Bunun da başlıca səbəbi, əhalinin geniş kəsiminin bağ evlərinə və rayonlara üz tutması, eyni zamanda təhsil almaq üçün paytaxta gələn tələbələrin regionlara kütləvi axını idi.

Ancaq bu il vəziyyət fərqlidir. Qiymətlər əvvəlki aylarda olduğu kimi yüksək səviyyədə qalmağa davam edir. Əksər maklerlər isə bu vəziyyəti müharibə səbəbindən Rusiyada yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması ilə əlaqələndirirlər.

Bəs, əmlak bazarında qiymətlərin baha olmasına səbəb nədir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Bu ərazilərdəki mənzillər BAHALAŞACAQ – AÇIQLAMA 


Onun sözlərinə görə, hazırda qiymətlərin baha olmasına bir sıra amillər təsir edir:

“Rusiyada yaşayan soydaşlarımız müharibə başlayan zaman, daha doğrusu Rusiyada hərbi səfərbərlik elan olunandan sonra ölkəyə üz tutmağa başladılar. Bir çoxları isə öz biznesini Bakıya köçürdü. Əksəriyyət əllərində olan investisiyanı daşınmaz əmlaka qoydu. Bu da təbii ki, daşınmaz əmlak bazarında bahalaşmaya səbəb oldu. 

Bəziləri qiymət artımını tələb və təklif qanunu ilə əlaqələndirirlər. Bir növ bazarda iştirakçıların sayının artması bahalaşmaya əsas təsir kimi xarakterizə edilir. Amma qiymət artımı kompleks məsələdir”.

Ekspertin sözlərinə görə, qiymətlərin qalxmasında maliyyə, büdcə məsələləri mühüm rol oynayır: 

“Eyni zamanda ölkənin milli valyutasının alıcılıq qabiliyyətində baş vermiş dəyişikliklər əsas rol oynayır. Bundan əlavə, ölkənin iqtisadi inkişafı da bu prosesə təsir edir.

Məsələn, torpaqların işğaldan azad olunmasından sonra orada bərpa-quruculuq işlərinə start verilib. Bu da təbii ki, ölkəyə investisiya axınına səbəb olur. Bu cür iqtisadi inkişaf da birbaşa daşınmaz əmlak bazarına təsir göstərmiş olur.  

Yəni qiymətlər qalxır. Çünki investisiya qoyuluşu alqı-satqı işini sürətləndirir. Bu proseslər də yeni tələbatın meydana çıxmasına, yəni ev alanların sayının artması, qeyri-yaşayışa tələbatın artmasına gətirib çıxarır. Son nəticədə isə bu, qiymətlərin yüksəlməsi ilə nəticələnir”.
V.Oruc əlavə edib ki, artan qiymətlərin yenidən ucuzlaşması gözlənilmir.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO