Bu il ölkəmizdə taxıl məhsuldarlığı hansı səviyyədədir? – RƏSMİ AÇIQLAMA 

Bu il ölkəmizdə taxıl məhsuldarlığı hansı səviyyədədir? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Bu il ölkəmizdə taxıl məhsuldarlığı hansı səviyyədədir? – RƏSMİ AÇIQLAMA 

142735

“Bölgələrdə taxıl biçini davam edir və payızlıq əkin sahələrinin 33 faizində biçin başa çatıb. Ölkə üzrə payızlıq arpa sahələrinin 60 faizində, buğda sahələrinin isə 16 faizində biçin başa çatıb”.

Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov açıqlama verib.
 

MÖVZU İLƏ BAĞLI:

Taxılın məhsuldarlığı ilə bağlı PROQNOZ – Çörəyin qiyməti UCUZLAŞACAQ?


Taxıl yığımı başladıqdan bugünədək sahələrdən 728 min 937 ton arpa, 366 min 037 ton buğda yığıldığını söyləyən nazirlik rəsmisinin sözlərinə görə, hazırda orta məhsuldarlıq arpa üzrə 30.2 sentner, buğda üzrə isə 34.4 sentner təşkil edir.

“Artıq payızlıq arpa əkini aparılmış 12 rayonda arpa biçini tam yekunlaşmaq üzrədir. Bu mövsüm İmişli rayonunda 18 min hektara yaxın sahədə taxıl əkilib.

Bugünədək 11 885 hektar sahədə biçin başa çatıb və 46 min tondan artıq məhsul yığılıb.Taxıl üzrə orta məhsuldarlıq 38,8 sentner/ha təşkil edir. İmişli rayonunda arpa sahələrinin 95 faizində biçin prosesi yekunlaşıb”. 

Onun sözlərinə görə, hazırda rayonun taxıl sahələrinə 24 kombayn cəlb olunub: 

“Bunlardan 11 kombayn “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansındadır. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 13 özəl kombayn cəlb olunub”. 

Qeyd edək ki, hazırda respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə ümumilikdə 1447 kombayn cəlb olunub. Ölkə üzrə biçin aparılmış sahələrin 95223 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib.
Bu kombaynlar dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir. 

Xatırladaq ki, bu il ölkə ərazisində 1 milyon 058 min 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 40 faizi arpa, 60 faizi buğda sahəsidir.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO