“2023-cü ildə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib” – MƏRKƏZİ BANK

“2023-cü ildə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib” – MƏRKƏZİ BANK

Hazırda oxunan: “2023-cü ildə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib” – MƏRKƏZİ BANK

142222

2023-ci ilin I rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib. Tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələri” ilə bağlı yaydığı rüblük hesabatda açıqlanıb.  

Cari rübdə banklar tərəfindən verilən qiymətləndirilməyə əsasən, əhalinin borclanma səviyyəsində artım müşahidə edilib.

Belə ki, sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd edilsə də, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.  

Qeyd edək ki, ipoteka və istehlak kreditləri tələbinin dəyişməsinə təsir edən əsas faktorlar, faiz dərəcəsi, dəyişiklikləri, daşınmaz əmlak bazarı gözləntiləri, istehlakçı əminliyi, əhalinin yığımları, valyuta alışı, digər banklardan kreditlər və rəqəmsallaşmadır. 

Faiz dərəcəsi dəyişiklikləri ötən il 19 faiz, cari ildə isə 22 faiz səviyyəsində olub. Daşınmaz əmlak bazarındakı gözləntilər isə ötənilki 12 faizdən builki 24 faizə yüksəlib. İstehlak əminliyi də ötən ildəki 10 faizdən 12 faizə yüksəlib.  
Cari ildə əhalinin yığımlarında heç bir nəticə əldə edilməyib və 2022-ci ildəki 4 faizdə də qalıb. Valyuta alışında isə bu il 4 faizlik nəticə əldə edilib. Digər banklardan götürülən kreditlərin faizlərində isə heç bir nəticə yoxdur. Halbuki, 2022-ci ildə bu göstərici 2 faiz təşkil etmişdi. Rəqəmsallaşmada isə bu il ötən illə müqayisədə cəmi 1 faiz artaraq 16 faizə çatıb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO