ABŞ-da TARİXİ FIRILDAQÇILIQ – “COVİD-19” yardım fondundan 280 milyard dollar YOXA ÇIXDI

ABŞ-da TARİXİ FIRILDAQÇILIQ – “COVİD-19” yardım fondundan 280 milyard dollar YOXA ÇIXDI

Hazırda oxunan: ABŞ-da TARİXİ FIRILDAQÇILIQ – “COVİD-19” yardım fondundan 280 milyard dollar YOXA ÇIXDI

141906

ABŞ-da COVİD-19 yardım fondundan 280 milyard dollardan çox vəsait oğurlanıb. Fırıldaqçılar bu vəsaiti məhbusların və ölənlərin sığorta nömrələri vasitəsilə uzun müddət dövlətdən yardım almaq yolu ilə əldə ediblər.  

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.  

Agentlik xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin Fırıldaqçılıq Bölməsinin direktor köməkçisi Mayk Qaldo, bu hadisəni “ABŞ tarixinin ən böyük və görünməmiş fırıldaqçılığı” adlandırıb.  

Qeyd edək ki, ABŞ hökumətinin həmin fond üçün ümumilikdə 4,2 trilyon dollar ayırdığını bildirib.

Hadisə ilə bağlı yayılan hesabatda, bu məbləğin 280 milyard dollardan çoxunun oğurlandığı, 123 milyard dollardan çoxunun isə israf edildiyi bildirilib. Qeyd olunub ki, bu vəsait Covid-19 üçün ayrılan ümumi yardımın 10 faizinə yaxındır. 

Araşdırma aparan müstəntiqlər və ekspertlər, ölkənin bir çox ştatlarında yaşayan fırıldaqçıların işsizlik müavinətləri almaq üçün həbsxanalardakı məhbusların və pandemiya zamanı ölənlərin sosial təminat nömrələrindən istifadə etdiklərini bildiriblər. 

Hökuməti Covid-19 epidemiyasının əvvəlində yardım üçün ayrılan vəsaiti tez bölüşdürməyə çalışmaqda günahlandıran həmin ekspertlər, yardım üçün müraciətlərdə bir neçə məhdudiyyətin qoyulduğunu və kifayət qədər nəzarətin olmadığını və bunun da fırıldaqçıların işini asanlaşdırdığını iddia ediblər.  
Vaşinqtonun Şərq Bölgəsi Baş Prokurorluğunun Fırıldaqçılıq və Ağ Yaxalı Cinayətlər Şöbəsinin rəisi Dan Fruchter isə bildirib ki, fondda hər kəsin istifadə edə biləcəyi sonsuz pul hovuzu vardı. İnsanlar qanuni olmasa da, sosial baxımdan məqbul olduğunu düşünərək özlərini aldatdılar. 

Agentlik yazır ki, Vaşinqton hökuməti indiyədək aralarında əsgərlər, keşişlər və digər məmurlar, hətta cinayətkarlar da daxil olmaqla, 2230-dan çox şəxsi fırıldaqçılıqda ittiham etməklə hərəkətə keçib. Hazırda minlərlə şəxsin istintaqı davam edir. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO