Neft Fondunun büdcəsində DƏYİŞİKLİK ediləcək – QƏRAR 

Neft Fondunun büdcəsində DƏYİŞİKLİK ediləcək – QƏRAR 

Hazırda oxunan: Neft Fondunun büdcəsində DƏYİŞİKLİK ediləcək – QƏRAR 

141893

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

Bizim.Media xəbər verir ki,  Azərbaycanın Baş naziri, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, 2022-ci il büdcəsinin icrası və Fondun 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə məsələlər ətraflı müzakirə edilib.

İclasda Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Dövlət Neft Fondunun 2022-ci ildə fəaliyyəti və büdcəsinin icrasına dair hesabatlarının, 2023-cü il büdcəsinə dəyişikliklərin edilməsi barədə layihənin Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO