Taksi fəaliyyəti ilə bağlı yeni dövlət RÜSUMLARI  

Taksi fəaliyyəti ilə bağlı yeni dövlət RÜSUMLARI  

Hazırda oxunan: Taksi fəaliyyəti ilə bağlı yeni dövlət RÜSUMLARI  

141738

Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları məyyən edilir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. 

Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağədakı kimi müəyyən edilir. 

- Taksi minık avtomobilləri ılə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 125 manat 

- hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25 manat 

- Azərbaycan Respublıkası ilə xarıcı olkələr arasında avtomobıl nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 250 manat 

- Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75 manat 

- Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000 manat 

Bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda təsdiq edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO