Azərbaycanın xarici ticarətində 10 faizlik ARTIM 

Azərbaycanın xarici ticarətində 10 faizlik ARTIM 

Hazırda oxunan: Azərbaycanın xarici ticarətində 10 faizlik ARTIM 

141735

Azərbaycanın cari ilin mayının 31-nə qədər həyata keçirdiyi xarici ticarətin maliyyə dəyəri 22 milyard 953 milyon 073.98 min ABŞ dolları təşkil edib ki, bunun da ixrac və idxaldakı xüsusi çəkisi 100 faiz olub.  

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yanvar-may aylarını əhatə edən hesabatında əks olunub.  

Ötən ilin eyni dövründə isə xarici ticarətin ümumi dəyəri 20 milyard 552 milyon 071.93 min dolları həcmində olub.  

Bu da onu göstərir ki, bu əməliyyatlarda 2 milyard 401 milyon 002,05 min dollarlıq və ya 10,46 fazilik artım baş verib. 

Cari ildə baş tutan xarici ticarətin 16 milyard 114 milyon 332.67 min dolları ixracın, yerdə qalan 6 milyard 838 milyon 741.31 min dolları isə idxalın hesabına əldə edilib.  

Hesablamalardan aydın olur ki, Azərbaycanın cari ildəki xarici ticarət saldosu 9 milyard 275 milyon 591.36 min dollar təşkil edib. Ötən ilin eyni dövründə isə bu saldo 10 milyard 280 milyon 948.15 min dollar təşkil edib. Burdan da görünür ki, bir il ərzində 1 milyard 005 milyon 356,79 dollar və ya 9,78 faiz azalma müşahidə olunub.    
Qeyd edək ki, ölkəmizin xarici ticarət əməliyatlarında 185 xarici ölkə və 37 min 365 xarici ticarət tərəfdaşı iştirak edib.  

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO