Azərbaycanda bu il 49,5 milyard manatlıq ÜDM istehsal olunub

Azərbaycanda bu il 49,5 milyard manatlıq ÜDM istehsal olunub

Hazırda oxunan: Azərbaycanda bu il 49,5 milyard manatlıq ÜDM istehsal olunub

141211

2023-cü ilin yanvar-may aylarında ölkədə 49 milyard 580,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,0 faiz artıb. 

ÜDM istehsalının 45,5 faizi sənaye, 9,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,5 faizi tikinti, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib. 

Əhalinin hər nəfərinə düşən ÜDM 4890,6 manata bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO