Turizm Agentliyinin 3 milyonluq tenderini udan şirkət kimindir? – ŞÜBHƏLİ MƏQAMLAR

Turizm Agentliyinin 3 milyonluq tenderini udan şirkət kimindir? – ŞÜBHƏLİ MƏQAMLAR

Hazırda oxunan: Turizm Agentliyinin 3 milyonluq tenderini udan şirkət kimindir? – ŞÜBHƏLİ MƏQAMLAR

140404

Azərbaycan Dövlət Turizm Agentliyi “Suqovuşanda turizm infrastrukturunun yaradılması işlərinin (ikinci mərhələ) satın alınması” üçün aprelin 17-də başladığı tenderin nəticələrini və qalibini açıqlayıb.

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 3 milyon 026 min 918 manat olan tenderin qalibi “Agah Group” MMC (VÖEN - 1502670591) olub.
 

MÖVZU İLƏ BAĞLI:

10 manatlıq şirkətlər milyonluq tenderlərdə qalib OLA BİLƏRMİ? – HÜQUQİ İZAH


Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtərinə əsasən, şirkət Agentlik üçün Suqovuşan qəsəbəsində tikinti xidmətləri göstərəcək. 

Qeyd edək ki, “Agah Group” MMC 2009-cu ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. İlk vaxtlar “Prof.DAC MMC” adı ilə fəaliyyətə başlayıb, 2017 ci ildə böyüyərək “Agah Group” MMC adı ilə fəaliyyətinə davam edib.

Əsasən, anbar binalarının, istehsalat sahələrinin, prefabrik binaların heyvandarlıq komplekslərinin tikintisi ilə məşğul olur. 

2019-cu ilin sentyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatası şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən yazdığı protokol əsasında Nərimanov Rayon Məhkəməsində şirkətin 536.4 avro (2682 avronun iyirmi faizi miqdarında) cərimə edilməsi barədə qərar çıxarıb. 

2022-ci ilin may ayında İN-nin Ağdam Sənaye Parkında rezidentlik statusu alan şirkətlərdən biri “Agah Group” MMC, digəri isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kapitallı “Expert Services FZE” şirkəti olub. 

“Agah Group” şirkəti Sənaye Parkının 1 hektar ərazisində müxtəlif ölçüdə metal profillərin, eləcə də anbar stellajlarının istehsalını nəzərdə tutan zavod inşa edəcəyi ilə bağlı İN ilə razılaşma əldə edib.

Həmçinin, investisiya dəyəri 6,85 milyon manat olan layihə çərçivəsində 40 nəfər daimi işlə təmin edilməsini edilməsini öhdəliyə götürüb. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satılmaqla yanaşı, xaricə ixracı da nəzərdə tutulub.

Bildirək ki, şirkətin adı bir dəfə İmişli Rayon İcra Hakimiyyətinin 2022-ci ildə abadlıq və təmir işləri üçün elan etdiyi 2 milyon manatlıq qalmaqallı tenderdə də hallandırılıb.

Belə ki, “İmişli şəhərinin parklarında abadlıq işləri üçün malların satın alınması” tenderində qalib olan şirkətlə İH arasında 70 min 294 manatlıq satınalma müqaviləsi imzalanıb. Bu tenderdə iştirak edən digər iki şirkətlə bağlı müəyyən vaxtlarda şübhəli iddialar səsləndirilib. 
Həmin dövrdə bəzi media orqanlarının yazdığına görə, şübhələrdən bəziləri bu şirkətin də üzərinə sıçrayıb. Belə ki, şirkətin adıçəkilməyən rəhbərinin İmişli rayonunun indi həbsdə olan keçmiş icra başşısı Vilyam Hacıyevlə uzaqdan da olsa, əlaqələrinin olduğu qeyd edilirdi. 






Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO