Xarici banklarla bağlı YENİ TƏLƏBLƏR – Qanunidirmi?

Xarici banklarla bağlı YENİ TƏLƏBLƏR – Qanunidirmi?

Hazırda oxunan: Xarici banklarla bağlı YENİ TƏLƏBLƏR – Qanunidirmi?

139841

Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edib və Azərbaycanda fəaliyyət göstərəcək xarici banklarla bağlı bəzi şərtləri açıqlayıb. 

Bizim.Media xəbər verir ki, AMB sədri çıxışında, hər hansı xarici bankın ölkəyə gəldiyi təqdirdə strategiyasının olmasının vacib olduğunu diqqətə çatdırıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Üzən məzənnəyə keçid üçün YENİ ZƏMİN – Mərkəzi Bankın səlahiyyətləri genişləndiriləcək?


Əlavə istehlak kreditlərinin verilməsinin o qədər də maraqlı olmadığını deyən Taleh Kazımov fikrini belə əsaslandırıb ki, 24 bankımız bu sahədə çalışır: 

"Kiçik, orta sahibkarlığa dəstək, koorporativ, investisiya bankı olması çox maraqlıdır. Bu, birinci şərtdir. İkinci məsələsə, bizə hansı innovativ həllər gətirirlər? Ölkəmizin maliyyə, makroiqtisadi sabitliyinə xələl gətirmədən, siyasi problemlər yaratmadan, xarici bankların, sığorta və investisiya şirkətlərinin Azərbaycanda fəaliyyətini müzakirə etməyə şad olarıq”.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən bank sektoru üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Taleh Kazımovun səsləndirdiyi fikirləri qanunauyğun deyil.

Hazırda mövcud olan “Banklar haqqında” qanuna görə, strategiya, innovativ həllərlə bağlı müddəaların olmadığını deyən hüquqşünasın sözlərinə görə, qanunvericilikdə yerli və xarici banklar üçün heç bir məhdudiyyət yoxdur:

“Onlar sərbəst ölkəyə gələ və qanunun tələblərinə əməl edəcəklərsə, rahat şəkildə fəaliyyət göstərə biləcəklər. Bu tələblər əsasən bank kapitalı, ofis binaları, inzibati idarəçilik və digər qaydalarla bağlıdır. Həmin qaydalarda, AMB sədrinin açıqladığı şərtlər göstərilməyib. Tutaq ki, ölkəmizə gələn banklardan biri onun dediyi şərtlərə əməl etmədi, o zaman lisenziyasını ləğv edəcəklər? Bu, əslində Mərkəzi Bankın və dövlət orqanlarının məsələyə münasibətini göstərir”. 

Azərbaycanda onsuz da, bir neçə xarici bankın fəaliyyət göstərdiyini deyən ekspert qeyd edib ki, bunların heç birinin qarşısında belə şərtlər qoyulmamışdı:

“Qanunda hansı qaydalar nəzərdə tutulubsa, ona uyğun lisenziya verilməlidir. Hamımız bu gün bilirik ki, nəinki xarici banklar, hətta yerli banklar belə, maliyyə və kreditləşmə siyasətində düzgün siyasət aparmırlar. Əgər kimsə bank yaratmaq istəsə və qanunla nəzərdə tutulanı etsə, ona lisenziya verəcəklər? Əlbəttə ki, xeyir! Bu gün belə məsələlərdə qanun deyil, məqsədəuyğunluluq rəhbər tutulur, yəni, “xoşuma gəlirsə lisenziya verəcəyik”. Məlum məsələdir ki, heç biri də beynəlxalq standartlara uyğun gəlmir.

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO