Türkiyədən Naxçıvana təbii qaz xətti ÇƏKİLƏCƏK  

Türkiyədən Naxçıvana təbii qaz xətti ÇƏKİLƏCƏK  

Hazırda oxunan: Türkiyədən Naxçıvana təbii qaz xətti ÇƏKİLƏCƏK  

139816

Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub.

Dövlət Proqramında bildirilir ki, Naxçıvan Muxtar Respublikasında ən müasir texnologiyaların tətbiqi telekommunikasiya və poçt xidmətlərinin çeşidini və keyfiyyətini artıracaq, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin, dayanıqlığın və xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndirilməklə yenilənəcək, əhalinin keyfiyyətli internet xidmətlərinə çıxışı asanlaşacaq, həmçinin mobil rabitənin inkişafı ilə bağlı tədbirlər həyata keçiriləcək.

Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr gerçəkləşdiriləcək.

Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan Muxtar Respublikası ilə yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmaları təşkil ediləcək. 

Zəngəzur dəhlizinin açılması burada dəmir yolu infrastrukturunun yenilənməsini də zəruri edir. Bu səbəbdən dəmir yolu infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin olunacaq.

Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqli üçün boru kəməri çəkiləcək. 
Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artırılması ilə bağlı tədbirlər görüləcək. 

Kənd təsərrüfatına yararlı tоrpaqların su ilə təminatının yaхşılaşdırılması, təsərrüfatlarda mövcud ənənəvi suvarmadan mərhələli olaraq mütərəqqi suvarma sistemlərinə keçidin təmin edilməsi ilə torpaqlardan səmərəli istifadə olunacaq, müasir suvarma infrastrukturu formalaşdırılacaq. 

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO