Neft kəmərlərində itkilər 17%-dək ARTIB

Neft kəmərlərində itkilər 17%-dək ARTIB

Hazırda oxunan: Neft kəmərlərində itkilər 17%-dək ARTIB

139795

Bu ilin yanvar-mart aylarında Azərbaycanda neft kəmərlərində 0,7 min ton itki olub, bu da illik müqayisədə 16,7% çoxdur. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin müvafiq dövründə respublika üzrə neft kəmərlərində itkilər 0,6 min ton təşkil edib.
Qeyd edək ki, cari ilin birinci rübündə magistral neft kəmərləri ilə 9 500,8 min ton neft nəql edilib. Nəqletmənin 76,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 7 244,5 min ton neft ötürülüb. 

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 2,9 min ton itki olub, bu da illik müqayisədə 12,1% azdır. 

Ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 37 781,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,9% çoxdur. Nəqletmənin 78,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 29 749,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,6% çox). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO