Sumqayıt İcra Hakimiyyətinin 580 minlik tenderində ŞÜBHƏLİ MƏQAMLAR – FOTO 

Sumqayıt İcra Hakimiyyətinin 580 minlik tenderində ŞÜBHƏLİ MƏQAMLAR – FOTO 

Hazırda oxunan: Sumqayıt İcra Hakimiyyətinin 580 minlik tenderində ŞÜBHƏLİ MƏQAMLAR – FOTO 

139070

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında “Mənzi-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” bu ilin martın 17-də "Sumqayıt şəhərinin küçə və prospektlərinə yol cizgilərinin çəkilməsi işləri"nin satın alınması üçün elan etdiyi tenderin nəticələrini və qalibini açıqlayıb.

Bizim.Media xəbər ki, maliyyə dəyəri 288 min 293 manat olan tenderin qalibi “Reyting Group” MMC olub. 
 

MÖVZU İLƏ BAĞLI:

10 manatlıq şirkətlər milyonluq tenderlərdə qalib OLA BİLƏRMİ? – HÜQUQİ İZAH


Tenderin şərtlərinə əsasən, şirkət MKT İB üçün ümumilikdə 5908 km-dən çox sahədə Sumqayıt şəhərinin küçə və prospektlərinə yol cizgilərinin çəkilməsi işlərini həyata keçirəcək.

Qeyd edək ki, nizamnamə kapitalı 50 AZN olan “Reyting Group” MMC 6 oktyabr 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Cəfərov Eyyub Ramazan oğludur.

Bildirək ki, şirkət təkcə may ayı ərzində Sumqayıt MKTİB-nin həyata keçirdiyi üç tenderin qalibi olub. Belə ki, ilk tender mayın 1-də elan olunub və adıçəkilən şirkət qalib olan olunub. Tərəflər arasında maliyyə dəyəri 288 min 293 manat olan satınalma müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə əsasən, Sumqayıt şəhərinin küçə və prospektlərinə yol cizgilərinin çəkilməsi işləri həyata keçirməyə başlayıb. 

MKTİB-nin ikinci tenderi mayın 16-da elan olunub və qalib yenə “Reyting Group” olub. Tərəflər arasında bu dəfə maliyyə dəyəri 787 min 017 manatlıq tender müqaviləsi imzalanıb və şərtlərə uyğun olaraq, Sumqayıt şəhərinin çoxmənzilli yaşayış binalarında fasadların, yataqxana binalarının sanitar qovşaqları, dəhliz və girişlərində əsaslı təmir işləri həyata keçirilib. 
Mayın 1-də və bu gün elan olunan tenderlər göstərir ki, Sumqayıt şəhərinin küçə və prospektlərinə yol cizgilərinin çəkilməsi işləri hələ də bitməyib və bunun başa çatması üçün əlavə maliyyə vəsaitinə ehtiyac yaranıb. Bugünkü tender də məhz bu məqsədlə elan olunub və yenidən 288 min 293 manat ayrılıb. 

Görəsən, hər iki tenderdə ayrılan 576 min 586 manat bütün işlərin başa çatması üçün kifayət edəcəkmi? 

Bunu zaman göstərəcək...


Rövşən Ziya, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO