SOCAR BP ilə yeni neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətlərini müzakirə edib - FOTO

SOCAR BP ilə yeni neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətlərini müzakirə edib - FOTO

Hazırda oxunan: SOCAR BP ilə yeni neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətlərini müzakirə edib - FOTO

138986

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb. 

SOCAR-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən Bizim.Media-ya bildiriblər ki, görüşdə iki şirkət arasında qarşılıqlı səmərəli əməkdaşlıqdan, strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib. 

Söhbət zamanı mövcud və perspektivdə nəzərdə tutulan neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, bərpaolunan enerji layihələrinə, insan kapitalı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO