Kiçik banklarla bağlı XƏBƏRDARLIQ: “Mərkəzi Bank dəstək verməsə...”

Kiçik banklarla bağlı XƏBƏRDARLIQ: “Mərkəzi Bank dəstək verməsə...”

Hazırda oxunan: Kiçik banklarla bağlı XƏBƏRDARLIQ: “Mərkəzi Bank dəstək verməsə...”

138871

“Azərbaycanda daha bir neçə xırda bankın iflas edərək bağlanacağı ilə bağlı gözləntilər var. Əgər Mərkəzi Bank istəsəydi, bir müddət əvvəl fəaliyyətini dayandıran "Günay Bank"a müəyyən qədər maliyyə dəstəyi göstərə bilərdi”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov bildirib. 

Onun sözlərinə görə, əslində gözləntilər də məhz bu istiqamətdə idi:

"Amma görünən odur ki, AMB xırda banklara maliyyə dəstəyi verməklə, onların hazırki çətin vəziyyətdən çıxmasına kömək etmək istəmir. Buna görə də yaxın müddətdə "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı",  "Paşa Bank", "Kapital Bank" və "Azər-Türk Bank"dan başqa digər bankların bir-birinin ardınca sektordan kənarlaşdırılacağı ehtimalı var".

Amma bununla belə ekspert, Mərkəzi Bankın həmin bankların bağlanmasına gedəcəyinə inanmadığını diqqətə çatdırıb:

"Çünki, xırda bankların bağlanması, bu sektorda təmərküzləşməni sürətləndirir ki, bu da təhlükəlidir. 2015-ci il devalvasiyasından sonra Azərbaycan Beynəlxalq Bankının başına gələnləri yaddan çıxarmamalıyıq".

Müsahibimiz düşünür ki, indiki vəziyyətdə iflas təhlükəsi ilə üzləşən xırda banklara maliyyə dəstəyi göstərməyin heç bir perspektivi yoxdur:

"Bu dəstəyi verməklə, onları bir müddət saxlamaq olar, amma ölkədə inflyasiyanın yüksəldiyi, bahalaşmanın baş verdiyi, kreditləşmənin zəif olduğu, əsasən də biznes kreditlərinə tələbatın azaldığı bir vaxtda belə bankları saxlamağın heç bir effekti olmayacaq.  Biznes kreditlərinə tələb olsa belə, banklar hələ də buna hazır deyil. Bu gün yuxarıda adlarını çəkdiyim bankları çıxmaqla, digər banklar arasında rəqabət yoxdur. Belə şəraitdə Mərkəzi Bankı qınamaq da olmur". 

Rövşən Ziya, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO