Yeni büdcə gəlirləri hansı sahələrə xərclənəcək?

Yeni büdcə gəlirləri hansı sahələrə xərclənəcək?

Hazırda oxunan: Yeni büdcə gəlirləri hansı sahələrə xərclənəcək?

138858

Xəbər verdiyimiz kimi 2023-cü ilin Dövlət Büdcəsinə parlamentdə yenidən baxılır. Çünki, büdcə gəlirləri kəskin artıb. Bununla paralel, ölkənin sosial-iqtisadi həyatında yeni çağırışlar var.

Elə isə yeni büdcə gəlirləri hansı sahələrə xərclənəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, artımın 2 milyard 260 milyon manatı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərə xərclənəcək:

“Bu hesabla, 2023-cü ildə Qarabağa  xərclənəcək vəsaitin həcmi 5 milyard 260 milyon manata çatacaq. İkinci artan xərc istiqaməti 1 milyard 105 milyon manat olmaqla müdafiə və milli təhlükəsizlik xərcləridir. Bu istiqamətə artımdan sonra ümumi 2 milyard 70 milyon manat xərclənməsi planlaşdırılır. 

Ümumilikdə isə yeni layihəyə görə, 2023-cü il dövlət büdcəsinin gəlirləri 3 milyard 5 milyon manat, xərcləri isə 3 milyard 215 milyon manat artırılır.

Beləliklə, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat,  xərcləri 36568,8 milyon manat məbləğində proqnozlaşdırılır. Büdcə kəsri də avtomatik 210 milyon manat artırılaraq, 2 milyard 789 milyon manata çatdırılır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO