Energetika naziri “Boston Consulting Group” şirkətinin nümayəndələri ilə görüşüb - FOTO 

Energetika naziri “Boston Consulting Group” şirkətinin nümayəndələri ilə görüşüb - FOTO 

Hazırda oxunan: Energetika naziri “Boston Consulting Group” şirkətinin nümayəndələri ilə görüşüb - FOTO 

138832

Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan “Boston Consulting Group” şirkətinin İcraçı direktoru Pattabi Seshadrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Nazirlikdən Bizim.Media-ya bildiriblər ki, görüşdə ənənəvi enerji resurslarının ixracı istiqamətində ölkəmizin uğurları, energetika sahəsində həyata keçirilən islahatlar, liberal elektrik enerjisi bazarının yaradılması üçün atılan addımlar, enerji keçidi siyasəti, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə reallaşdırılan layihələr, yaşıl elektrik enerjisi və hidrogen ixracı üzrə qurulan əməkdaşlıqlar və adıçəkilən istiqamətlərə xarici investisiyaların cəlbi ilə bağlı görülən tədbirlər barədə məlumat verilib. 

Söhbət zamanı şirkətin iqlim dəyişikliyi və davamlılıq, aşağı karbonlu enerji mənbələrindən istifadəyə keçid kimi istiqamətlərdə fəaliyyətindən bəhs edilib, Azərbaycanda həyata keçirilən layihələrə maraq ifadə olunub.
Gələcək əməkdaşlıq imkanlarına dair ekspertlər səviyyəsində qarşılıqlı məlumat mübadiləsi ilə bağlı razılığa gəlinib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO